Hulusi Akar yardıma getmiş azərbaycanlı həkimləri ziyarət edib: “Kədərdə də, sevincdə də birlikdəyik” VİDEO

SİYASƏT

27 Fevral 2023 10:50

Oxunma sayi: 584
Hulusi Akar yardıma getmiş azərbaycanlı həkimləri ziyarət edib:  “Kədərdə də, sevincdə də birlikdəyik”   VİDEO

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər Kahramanmaraşdakı səhra xəstəxanasında azərbaycanlı hərbçilərlə görüşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Akar zəlzələnin təsirlərinin aradan qaldırılması üçün Türkiyəyə gedən hərbi həkimlər və tibb bacılarına təşəkkür edib:

“Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində necə tək yumruq, tək ürək olduqsa, indi də fərqli mübarizəni eyni formada davam etdiririk. Biz kədərdə də, sevincdə də birlikdəyik. Sağ olun, var olun. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, - nazir hərbçilərlə görüşdə bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!