Hürriyət: Ərdoğan tezliklə Əsədlə görüşə bilər

SİYASƏT

29 Noyabr 2022 16:15

Oxunma sayi: 427
Hürriyət:  Ərdoğan tezliklə Əsədlə görüşə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə “çox da uzaq olmayan gələcəkdə” görüşə bilər.

Azmedia.Az xəbər verir ki, bu barədə “Hürriyet” xəbər verir.

Qəzetin yazdığına görə, Ankara və Dəməşq hazırda 2011-ci ildən bəri iki ölkə liderlərinin ilk görüşünü təşkil etmək üçün pərdə arxasında danışıqlar aparır . Daha yüksək ehtimalla Əsədlə Ərdoğanın görüşü Rusiyada və Türkiyədə 2023-cü ilin iyulunda keçiriləcək prezident seçkilərindən əvvəl baş tuta bilər.

Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Əbdülkadir Selvi qeyd edib ki, Əsədlə Ərdoğan arasında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə görüşünün baş tuta biləcəyi istisna hal deyil.

Azmedia.Az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!