İlham Əliyev 2022 ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi

SİYASƏT

19 İyun 2023 16:36

Oxunma sayi: 820
İlham Əliyev 2022   ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib. 

Bununla bağlı President.az məlumat yayıb. 

Qanuna əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 milyard 679 milyon 646 400 manat, xərclər 32 milyard 64 milyon 568 min manat məbləğində olmaqla təsdiq edilib.

Həmçinin, dövlət başçısı “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 911-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!