İlham Əliyev Arif Səmədova yüksək vəzifə verdi

SİYASƏT

03 Noyabr 2022 17:26

Oxunma sayi: 596
İlham Əliyev Arif Səmədova yüksək vəzifə verdi

Prezident İlham Əliyev Arif Vasif oğlu Səmədovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, oktyabrın 17-də İlham Əliyevin sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib. 

Dövlət başçısı E.T.Bağırovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!