İlham Əliyev: “Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır”

SİYASƏT

10 May 2023 11:01

Oxunma sayi: 688
İlham Əliyev:  “Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır”

“Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası - ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün ölkəmizdə böyük əks-səda doğurduğunu vurğulayan dövlətimizin başçısı bildirib: 

“Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!