İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında

SİYASƏT

10 Noyabr 2022 16:39

Oxunma sayi: 590
İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında yer alıb.

Dünyanın ən nüfuzlu 500 müsəlmanın adı olan siyahı (“The Muslim 500 - 2023”) Əmman şəhərində yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunub.

İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların reytinq siyahısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin və muğam ustadı (xanəndə) Alim Qasımovun da adı var.

Qeyd edək ki, siyahı 2009-cu ildən başlayaraq hər il nəşr olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!