İlham Əliyev: “Nizaminin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”

SİYASƏT

09 Mart 2023 11:56

Oxunma sayi: 644
İlham Əliyev:  “Nizaminin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlətimizin başçısı qeyd edib:

“Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!