İlham Əliyev TDT nin zirvə toplantısında iştirak edəcək

SİYASƏT

08 Noyabr 2022 13:22

Oxunma sayi: 584
İlham Əliyev TDT   nin zirvə toplantısında iştirak edəcək

10-11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşü keçiriləcək.

Özbəkistanın xarici işlər naziri Vladimir Norov bəyan edib ki, ölkəsi 10-11 noyabrda Səmərqənddə keçiriləcək Zirvə toplantısına ev sahibliyi etməyə hazırdır.

Məlumat üçün əlavə edək ki, Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı da gözlənilir.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!