İran Aİ yə qarşı sanksiyaları genişləndirdi

SİYASƏT

26 Oktyabr 2022 13:13

Oxunma sayi: 493
İran Aİ   yə qarşı sanksiyaları genişləndirdi

İran Avropa İttifaqı ilə əlaqəli 12 fiziki və 8 hüquqi şəxsi sanksiya siyahısına daxil edib.

Azmedia.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran XİN-in yaydığı məlumatda qeyd olunub. 

Bildirilir ki, İran ölkəyə qarşı tətbiq edilən sanksiyalara cavab olaraq bu barədə qərar verib. 

Sanksiya siyahısına digər təşkilatlarla yanaşı, Almaniyanın “Deutsche Welle” media şirkətinin fars dilində olan redaksiyası və Fransanın “Radio France” radiostansiyası da daxil edilib. 

Bununla yanaşı, İran Almaniyanın “Bild” qəzetinin baş redaktorlarına və Avropa parlamentinin bir neçə üzvünə qarşı da sanksiya tətbiq edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!