İran Azərbaycanda yeni qanunsuz təşkilat yaratmağa hazırlaşır FOTO/VİDEO

SİYASƏT

19 Aprel 2023 17:39

Oxunma sayi: 1013
İran Azərbaycanda yeni qanunsuz təşkilat yaratmağa hazırlaşır   FOTO/VİDEO

İranın molla rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə, intriqa və təxribatlar hazırlamaqda davam edir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, molla rejimi Azərbaycandakı şəbəkələrinin ifşasından sonra ölkəmizdə yeni təşkilat yaratmağa hazırlaşır. Molla rejiminə xidmət edən və SEPAH-ın nəzarətində olan bəzi “Telegram” kanallarında artıq yeni təşkilatın yaradılması ilə bağlı çağırışlar edilir.

Onlar “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”nın yeni mərkəzinin açılışına hazırlaşırlar.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!