İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib FOTO

SİYASƏT

26 Oktyabr 2022 14:18

Oxunma sayi: 402
İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib   FOTO

İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.  

Ermənistan parlamentinin deputatı Anna Qriqoryan müzakirələr zamanı təlimlər keçirmək barədə təkliflərin irəli sürüldüyünü bildirib. 

Onun sözlərinə görə, rəsmi İrəvan bu təklifi cavabsız qoyub. “İranla son iki il ərzində bir dənə də olsun hərbi təlim keçirilməyib”, - deyə Qriqoryan vurğulayıb.

Deputat qeyd edib ki, bunun üçün heç müvafiq hüquqi baza da formalaşdırılmayıb.

“Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkəmiz geosiyasi toqquşmaların mərkəzinə çevrilə bilər”, - deyə o, narazılığını ifadə edib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!