İran Kiyevin Ukraynadakı münaqişədə iştirakla bağlı ittihamlarına CAVAB VERDİ

SİYASƏT

26 Dekabr 2022 14:10

Oxunma sayi: 470
İran Kiyevin Ukraynadakı münaqişədə iştirakla bağlı ittihamlarına  CAVAB VERDİ

İran Ukraynadakı münaqişənin tərəfi deyil və ona qarşı təhdidləri “məsuliyyətsiz ritorika” hesab edir.

Bunu mətbuat konfransında ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanaani deyib.

"Birinin, digərinin İranın ittihamı Ukraynaya, onun xalqına və rəhbərliyinə kömək etməyəcək. Biz Ukrayna rəhbərliyinin ittihamlarını rədd edirik", - o deyib.

Həmçinin, XİN nümayəndəsi əlavə edib ki, Tehran böhranın həllinə və Ukraynada sülhün bərqərar olmasına kömək etməyə hazırdır.

Eyni zamanda, İran hakimiyyəti Kiyevdən gələn hədə ritorikasını məsuliyyətsizlik hesab edir.

Nümayəndənin sözlərinə görə, Ukrayna hakimiyyəti öz bəyanatlarının hüquqi və siyasi nəticələrinə görə tam məsuliyyət daşıyır. Bundan əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak İrana qarşı “işləməyən sanksiyalardan” uzaqlaşmağın və İranın silah zavodlarının məhv edilməsinin vacibliyini bəyan edib.

Kiyev dəfələrlə Tehranı Rusiyaya silah, o cümlədən pilotsuz təyyarələr verməkdə ittiham edib. İran və Rusiya rəsmiləri bu bəyanatları təkzib edir.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!