İran prezidenti İsrail şəhərlərini məhv etməklə HƏDƏLƏDİ

SİYASƏT

18 Aprel 2023 23:45

Oxunma sayi: 595
İran prezidenti İsrail şəhərlərini məhv etməklə  HƏDƏLƏDİ

İran prezidenti İbrahim Rəisi İsrail hakimiyyətini Təl-Əvivi və ölkənin üçüncü böyük şəhəri Hayfanı məhv etməklə hədələyib.

Onun sözlərinə görə, bu, İsrailin İrana qarşı "ən kiçik bir tədbir görəcəyi təqdirdə" baş verəcək, - deyə The Jerusalem Post yazır.

Rəisi Ordu Günü münasibətilə hərbçilərə müraciətində deyib ki, İran ordusu yaxşı təchiz olunub.

“Regiondankənar və Amerika qüvvələri regionu mümkün qədər tez tərk etməlidirlər, çünki bu, onların öz maraqlarına uyğundur."-deyə o, bildirib.

Bundan əvvəl Axios portalı İsrailin uranın zənginləşdirmə dərəcəsi 60%-ə çatdığı zaman İrana zərbə endirə biləcəyini yazıb.

Mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!