İran səfirliyinin “persona non

SİYASƏT

07 Aprel 2023 16:40

Oxunma sayi: 2688
İran səfirliyinin “persona   non

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk ediblər.

Azmedia.Az  xəbər verir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.

Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.

Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona- non-qrata” elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

*************

İran səfirliyinin “persona non grata” (arzuolunmaz şəxs) elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

*******************

Xarici İşlər Nazirliyinin “persona non grata” (arzuolunmaz şəxs) elan etdiyi İran səfirliyinin diplomatlarının adları məlum olub.

Azmedia.Az  xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

Mirmahdi Mirsalampur Şərif;

Qurbanəli Purmərcan Varcovi;

Hadı Moğadam;

Əsgər Bahari Xoş Mənzər.

Qeyd edək ki, 6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. 

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!