İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı nə qədər azalıb?

SİYASƏT

20 Aprel 2023 21:59

Oxunma sayi: 887
İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı nə qədər azalıb?

Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,2% artaraq 358,6 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 46,6%, Gürcüstana gedənlərin sayı 44,6%, Türkiyəyə gedənlərin sayı 6,4% artıb, İrana gedənlərin sayı isə 25,4% azalıb. Ölkə vətəndaşlarının 39,4%-i Türkiyəyə, 22,9%-i Rusiya Federasiyasına, 9,6%-i Gürcüstana, 8%-i İrana, 20,1%-i digər ölkələrə səfər ediblər. Gedənlərin 68,9%-ni kişilər, 31,1%-ni qadınlar təşkil edib.

I rübdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!