İrandan Azərbaycana qarşı növbəti təxribat: Sərhəddə hərbi marş VİDEO

SİYASƏT

15 Mart 2023 16:16

Oxunma sayi: 1385
İrandan Azərbaycana qarşı növbəti təxribat:  Sərhəddə hərbi marş   VİDEO

Araz çayının sahilində - İran-Azərbaycan sərhədində iranlı məktəblilər “Salam, komandir” hərbi marşını səsləndiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edilir ki, İranın Araz Azad İqtisadi Bölgəsində təhsil alan məktəb şagirdləri 1941-ci ilin sentyabrında burada guya təcavüzkarların hücumuna müqavimət göstərmiş üç şəhid iranlı əsgərin məzarı yanında “Salam, fərmandeh” (komandir) hərbi marşını (Xameneiyə həsr olunub) ifa ediblər.

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!