İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya yola düşüb YENİLƏNİB + FOTO/VİDEO

SİYASƏT

29 Yanvar 2023 21:03

Oxunma sayi: 838
İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya yola düşüb   YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən Azərbaycana məxsus təyyarə Tehranın hava limanından Bakıya yola düşüb.

*********

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.

Məlumata görə, buna səbəb isə İran tərəfi tələbi olub.

***********

İran səfirliyindən təxliyə edilən səfirliyin əməkdaşları Azərbaycana yola düşürlər.

Azmedia.Az xəbər verir ki, Azərbaycan səfirliyinə hücum nəticəsində həlak olan Orxan Əsgərovun da cənazəsi gətirilir.

************

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!