İranın Azərbaycandakı səfirliyinin aqibəti ilə bağlı RƏSMİ AÇIQLAMA VİDEO

SİYASƏT

30 Yanvar 2023 08:42

Oxunma sayi: 1004
İranın Azərbaycandakı səfirliyinin aqibəti ilə bağlı  RƏSMİ AÇIQLAMA   VİDEO

İranın ölkəmizdəki səfirliyinin fəaliyyətini davam etdirib-etdirməyəcəyinə aydınlıq gəlib.

Azmedia.Az xəbər verir ki, xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib ki, beynəlxalq münasibətlərdə hər bir ölkə öz davranışına görə qiymətləndirilir:

“Biz Azərbaycanda diplomatik missiyaların qorunması və təhlükəsizlik məsələsində nümunəvi dövlətlərdən biriyik. Bundan sonra da Azərbaycana münasibətdə baş verən təhdidlərə baxmayaraq, Azərbaycan qəbul etdiyi diplomatik missiyaların təhlükəsizliyini təmin etməyə davam edəcək. Səfirliyin bizim ölkəmizdə fəaliyyətini dayandırması barədə hər hansı məlumat verilməyib”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!