İranın BMT dəki nümayəndəsi dəyişib

SİYASƏT

24 İyul 2022 13:08

Oxunma sayi: 125
İranın BMT   dəki nümayəndəsi dəyişib

İranın BMT-dəki nümayəndəsi, səfir Məcid Təxtrəvançinin missiyası başa çatıb. 

Məlumatına görə, onu bu vəzifədə Səid İrəvani əvəz edəcək. 

Səid İrəvani bundan öncə İranın İraqdakı müvəqqəti işlər vəkili, Xarici Əlaqələr üzrə Strateji Şuranın katibi, Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin beynəlxalq təhlükəsizlik və xarici siyasət üzrə müavini kimi vəzifələrdə çalışıb. 

O, Nyu-Yorkda missiyasının başlaması ərəfəsində, İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!