İrəvan elan etdi: Bakıdan qaz almağa hazırıq!

SİYASƏT

25 Aprel 2024 17:47

Oxunma sayi: 169
İrəvan elan etdi:  Bakıdan qaz almağa hazırıq!

“Ermənistan Azərbaycandan qaz alınması məsələsini müzakirə etməyə hazırdır”.

Azmedia.Az Referans.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

A.Simonyan bu məsələnin Bakı ilə müzakirə edilməli olduğunu bildirib:

“Düşünürəm ki, çox müsbət haldır. Müqaviləyə əsasən Rusiyadan gələn və Azərbaycandan keçərək Avropaya daşınan qaz bizdən də keçir. Fikrimcə, Ermənistana Azərbaycandan qaz kəməri çəkilməsi ilə yanaşı, İrandan da qaz almağımız çox yaxşı olar”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!