İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənəd ortaya çıxıb FOTO

SİYASƏT

28 Fevral 2023 12:16

Oxunma sayi: 702
İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənəd ortaya çıxıb   FOTO

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1936-cı ildə İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənədi ortaya çıxıb.

Azmedia.Az  xəbər verir ki, sənəddə SSRİ-nin bir sıra subyektlərində ad dəyişikliyi öz əksini tapıb.

Dəyişikliyə əsasən, İrəvan şəhərinin həmin tarixdən etibarən Yerevan adlandırılıb.

Siyahıda qədim Tiflis şəhərinin də adı yer alıb. Şəhər məhz 1936-cı ildən sonra Tbilisiyə çevrilib. Gürcüstanın Borjom şəhəri də dəyişikliyə məruz qalaraq Borjomi olub.

Bundan başqa, Abxaziyanın Batum, Acarıstanın Suxum şəhərləri də Batumi və Suxumi adlandırılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!