İsrail prezidenti Azərbaycana rəsmi səfərə gəlib YENİLƏNİB + FOTO/VİDEO

SİYASƏT

30 May 2023 11:00

Oxunma sayi: 2904
İsrail prezidenti Azərbaycana rəsmi səfərə gəlib   YENİLƏNİB + FOTO/VİDEO

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxak Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

 

   

*********************

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə yola düşüb.

Azmedia.Az xəbər verir ki, İsrail Prezidenti bu barədə “Twitter” hesabında yazıb.

O, bunun mühüm dövlət səfəri olduğunu qeyd edib. İsxak Hersoq səmimi dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Azərbaycan mühüm ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və çağırışları da bölüşürük”, - deyə İsrail Prezidenti qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!