İsrail Prezidenti İsaak Herzoq Türkiyə səfirinin etimadnaməsini qəbul edib.

SİYASƏT

11 Yanvar 2023 15:45

Oxunma sayi: 458
İsrail Prezidenti İsaak Herzoq Türkiyə səfirinin etimadnaməsini qəbul edib.

Azmedia.Az xəbər verir ki, bu barədə İsrail Prezidenti "Twitter" hesabında bildirib.

“İsrailə xoş gəlmişsiniz, Türkiyə səfiri Şakir Özkan Torunlar! Ötən il Ankaraya rəsmi səfərim zamanı İsrailin himnini eşitdiyim kimi, Prezident İqamətgahında Türkiyənin himnini eşitməkdən çox təsirləndiyinizə inanıram. Münasibətlərimizi möhkəmləndirmək və tarixi əlaqələrimizi inkişaf etdirmək istiqamətində fəaliyyətinizdə sizə uğurlar arzulayıram”, - Herzoq paylaşımında qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!