İsrail və ABŞ İrana zərbə endirmək qərarına gəliblər

SİYASƏT

29 Noyabr 2022 16:51

Oxunma sayi: 436
İsrail və ABŞ İrana zərbə endirmək qərarına gəliblər

İsrail Müdafiə Qüvvələri və ABŞ ordusu İrana zərbələr endirmək üçün bir sıra hava təlimləri keçirəcək.

Azmedia.Az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatına istinadən “The Times of Israel” məlumat yayıb.

Nəşrin məlumatına görə, təlimlərin keçirilməsi ilə bağlı razılıq ötən həftə İDF rəhbəri Aviv Koçavinin Vaşinqtona səfərindən sonra əldə olunub.

İlk təlimlər çərşənbə axşamı, noyabrın 29-da İsrail ərazisi və Aralıq dənizi üzərində baş tutmalıdır.

Təlimlərdə İsrail və Amerika Hərbi Hava Qüvvələrinə məxsus qırıcı və tankerlər iştirak edəcək.

Bundan əvvəl İsrail hakimiyyətinin Moskva ilə Tehranın nüvə enerjisi sahəsində yaxınlaşmasından narahat olduğu bildirilirdi.

Həmçinin çərşənbə axşamı məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı müavininin başçılıq etdiyi Ukrayna silahlı qüvvələrinin nümayəndə heyəti də İsrailə gəlib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!