İsrail və Türkiyə 1951 ci ildən bəri ilk aviasiya müqaviləsi imzalayacaqlar

SİYASƏT

07 İyul 2022 13:55

Oxunma sayi: 156
İsrail və Türkiyə 1951   ci ildən bəri ilk aviasiya müqaviləsi imzalayacaqlar

İsrail və Türkiyə iyulun 7-də 1951-ci ildən bəri ilk yeni ikitərəfli aviasiya müqaviləsi imzalayacaqlar.

Bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.

“İsrail və Türkiyə bu gün (7 iyul 2022-ci il, cümə axşamı) əlaqələri gücləndirəcək və İsrailin (hava yollarına) Türkiyəyə uçuşları bərpa etməyə imkan verəcək 1951-ci ildən bəri ilk yeni ikitərəfli aviasiya sazişi imzalayacaqlar”, - deyə məlumatda bildirilir.

Mənbə: TASS

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!