İsraildən Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı açıqlama FOTO

SİYASƏT

27 Yanvar 2023 16:07

Oxunma sayi: 454
İsraildən Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı açıqlama   FOTO

“Azərbaycanın Tehrandakı səfirliyinə təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsi ilə nəticələnən dəhşətli hücum bizi sarsıdıb və kədərləndirib”.

Məlumata görə, bu barədə İsrail XİN-in sözçüsü Lior Haiat özünün “Twitter” hesabında paylaşım edib.

O, Azərbaycan xalqına və hökumətinə, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalmasını diləyib.

Həmçinin İsrailin ölkəmizdəki səfiri Corc Dik də bu ağır vaxtda Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!