İsraildən İrana xəbərdarlıq: Zərbə endirəcəyik

SİYASƏT

14 İyun 2023 22:48

Oxunma sayi: 520
İsraildən İrana xəbərdarlıq:  Zərbə endirəcəyik

“İran uranı 90%-dək zənginləşdirərsə, İsrail bu ölkəyə zərbə endirəcək. İran yaxşı bilir ki, uranın zənginləşdirilməsi səviyyəsini 90%-ə çatdıra bilsə, İsrail onu vuracaq”.

Bu bəyanat adı açıqlanmayan İsrail rəsmisinin Tehranla Qərb ölkələri arasında İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunmasının mümkünlüyü ilə bağlı xəbərlərə reaksiya olub.

“ABŞ, eləcə də digər Qərb ölkələrinə də məlumdur ki, nüvə bombası istehsalı üçün lazım olan 90% zənginləşdirilmiş uran İsrail üçün qırmızı xətdir”, - İsrail nümayəndəsi vurğulayıb.

Tehran və Vaşinqton arasında Omanın vasitəçiliyi ilə dolayısı ilə danışıqlar aparılacağı barədə məlumatlar fonunda İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, “İranla heç bir razılaşma İsrail üçün məcburi olmayacaq və ölkə özünü qorumaq üçün hər şeyi edəcək”.

Mənbə: İnterfaks

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!