İsveç Ukraynaya 300 milyon dollara yaxın hərbi yardım edəcək

SİYASƏT

16 Noyabr 2022 15:57

Oxunma sayi: 551
İsveç Ukraynaya 300 milyon dollara yaxın hərbi yardım edəcək

İsveçin baş naziri Ulf Kristersson çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, İsveç Ukraynaya 3 milyard kron, demək olar ki, 287 milyon dollar dəyərində hərbi yardım və 720 milyon kron yəni 69 milyon dollar humanitar yardım verəcək.

Azmedia.Az xəbər verir ki, İsveç baş nazirinin sözlərinə görə, qarşıdan qış, aşağı temperatur və çox çətin şərtlər gəlir ki, bu da Ukraynaya digər ölkələrdən yardım gözləntilərini artırır.

Kristersson vurğulayıb ki, İsveçin ayıracağı vəsait Ukraynaya ən böyük vahid yardım paketidir. İsveçin müdafiə naziri Paul Jonson da bildirib ki, İsveç Kiyevin tələbi ilə Ukrayna tərəfini sursatla hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

O qeyd edib ki, söhbət sursat yüklü hava hücumundan müdafiə sistemindən və digər hava hücumundan müdafiə sistemi üçün sursat yükündən gedir.

mənbə:MK.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!