İsveç Xarici İşlər Nazirliyi Türkiyənin NATO ya üzvlük tələbini yerinə yetirdiyini bildirib

SİYASƏT

01 İyun 2023 15:34

Oxunma sayi: 468
İsveç Xarici İşlər Nazirliyi Türkiyənin NATO   ya üzvlük tələbini yerinə yetirdiyini bildirib

İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, ölkə terrorla bağlı qanunu yeniləyərək Türkiyənin NATO-ya üzvlük tələblərini yerinə yetirib.

O, bu barədə Bloomberg-ə müsahibəsində bildirib.

“Biz vəd etdiyimizi yerinə yetirdik və buna görə də Türkiyənin ratifikasiya prosesinə başlaması və sazişin sona çatmasını həyata keçirməsinin vaxtıdır” - deyə o, bildirib.

Qeyd edək ki, İsveçin baş naziri Ulf Kristersson bir müddət əvvəl Türkiyədə keçirilən prezident seçkilərindən sonra Stokholmun Şimali Atlantika Alyansına qoşulması məsələsində Ankara ilə əlaqə saxladığını bildirib.

ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya daxil olmasını müzakirə etdiyini bildirib və onu problemi həll etməyə çağırıb. O əlavə edib ki, dövlət başçıları bu mövzuda əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

mənbə:qazeta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!