İsveç yeni anti Rusiya sanksiyaları ilə bağlı razılaşmanın mümkün müddətindən danışıb

SİYASƏT

30 May 2023 15:04

Oxunma sayi: 366
İsveç yeni anti   Rusiya sanksiyaları ilə bağlı razılaşmanın mümkün müddətindən danışıb

İsveçin Avropa məsələləri üzrə naziri Cessika Rosvallın sözlərinə görə, Aİ-nin Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılaşma iyunun 29-30-da keçiriləcək Aİ sammitində gözlənilir.

Xatırladaq ki, İsveç hazırda Aİ Şurasına sədrlik edir. Çərşənbə axşamı Brüsseldə qarşıdan gələn Avropa sammitinə hazırlıq məsələlərini müzakirə etmək üçün ümumi məsələlər üzrə növbəti iclas keçiriləcək.

“İndi biz yeni anti-Rusiya sanksiyalarının hazırlanması üzərində çox işləyirik. Çox güman ki, bu ilin iyununda keçiriləcək Aİ sammitində razılaşdırılmış sanksiyalar paketini alacağıq”, - deyə Rosval bildirib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!