İtaliya Ukraynaya təhlükəsizlik zəmanəti tələb edib

SİYASƏT

05 İyul 2023 17:53

Oxunma sayi: 364
İtaliya Ukraynaya təhlükəsizlik zəmanəti tələb edib

“NATO-nun Vilnüsdə keçiriləcək sammitində Ukraynaya təhlükəsizlik zəmanəti verilməlidir”.

Azmedia.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın baş naziri Corc Meloni deyib.

Bunun davamlı sülhün əsası olduğunu vurğulayan baş nazir İtaliya və Polşanın artıq bu məsələdə razılığa gəldiyini söyləyib.

O, İtaliyanın nə qədər lazımdırsa, Ukraynanın yanında olacağını qeyd edib.

Xatırladaq ki, sammit iyulun 11-12-də keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!