Kadırovdan baş verənlərə Reaksiya

SİYASƏT

24 İyun 2023 14:30

Oxunma sayi: 534
Kadırovdan baş verənlərə   Reaksiya

“Çeçenistan Respublikasının Müdafiə Nazirliyinin və Milli Qvardiyasının döyüşçüləri həmin gərgin bölgələrə gediblər”. 

Azmedia.Az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında yazıb.

“Biz Rusiyanın bütövlüyünü qorumaq və dövlətçiliyi müdafiə etmək üçün hər şey edəcəyik”, - deyə Kadırov bildirib. 

O, daha əvvəlki açıqlamasında “Üsyan yatırılmalıdır!” kimi ifadə işlətmişdi. 

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.

Priqojin bunun qisasını alacağını açıqlayıb. Rostov-na-Donuya qoşun yeridən Priqojin Moskvaya doğru irəliləyəcəyini bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!