Kahramanmaraşda axtarış xilasetmə işlərinə FHN

SİYASƏT

13 Fevral 2023 23:47

Oxunma sayi: 1545
Kahramanmaraşda axtarış   xilasetmə işlərinə FHN

Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itləri də cəlb edib.

Xəbərə görə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda təlim görmüş itlər vasitəsi ilə Kuddisi Baba bulvarındakı binaların dağıntıları altında qalmış şəxslərin axtarışlarını aparır.

Ehtimal edilir ki, həmin ərazidə insanlar var.

Qeyd edək ki, FHN-in qüvvələri indiyədək dağıntılar altından 51 nəfəri sağ, 614 nəfərin isə cəsədini çıxarıb.

     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!