Kahramanmaraşda qurulan çadırlarda yerləşdirilən insanlar İlham Əliyevə təşəkkür ediblər VİDEO

SİYASƏT

16 Fevral 2023 04:22

Oxunma sayi: 1460
Kahramanmaraşda qurulan çadırlarda yerləşdirilən insanlar İlham Əliyevə təşəkkür ediblər   VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyənin Kahramanmaraş rayonunda zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qurulan çadırlarda yaşayış üçün lazımi şərait yaradılıb. Burada yaşayan insanlar üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib, uşaqlar üçün oyun guşəsi yaradılıb.

Çadırlarda yaşayan insanlar göstərilən dəstəyə və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!