Kaliforniya məhkəməsi dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş erməniyə hökm oxuyub FOTO/VİDEO

SİYASƏT

11 May 2023 16:48

Oxunma sayi: 1413
Kaliforniya məhkəməsi dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş erməniyə hökm oxuyub   FOTO/VİDEO

ABŞ-nin Kaliforniya Ali Məhkəməsində 2020-ci ilin iyulunda dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş Hovhannes Sukiasyana bu yaxınlarda hökm oxunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında bildirib.

O, bu qərarı alqışladıqlarını vurğulayıb.

“Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və ona hücumunun qurbanının bütün xərclərini ödəmək tapşırılıb. Ümid edirik ki, dərs çıxarılıb”, - Ayxan Hacızadə bildirib.

 

                               
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!