Kamçatkadakı azərbaycanlılar da dəstək kampaniyasına başladılar FOTO

SİYASƏT

09 Fevral 2023 22:58

Oxunma sayi: 526
Kamçatkadakı azərbaycanlılar da dəstək kampaniyasına başladılar   FOTO

Rusiyanın Kamçatka diyarında yaşayan azərbaycanlılar Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə kampaniyaya başlayıblar. 

Məlumata görə, xeyriyyə aksiyasına Kamçatkadakı azərbaycanlı ailələrin uşaqları öz aralarında qrup yaradaraq qoşulublar. Artıq iki gün ərzində 10 min manata yaxın məbləğ toplanıb. 

Onlar kampaniyanın növbəti günlərdə də davam etdiriləcəyini, toplanan vəsaitin Türkiyədə dağıntılardan əziyyət çəkən insanlara göndəriləcəyini bildiriblər. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!