Kamran Əliyevdən yüksək vəzifələrə YENİ TƏYİNATLAR

SİYASƏT

11 Noyabr 2022 16:33

Oxunma sayi: 448
Kamran Əliyevdən yüksək vəzifələrə  YENİ TƏYİNATLAR

Prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.

 

Azmedia.az  bildirir ki, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Baş Prokurorun əmri ilə, Sumqayıt hərbi prokurorunun müavini, ədliyyə mayoru Nağıyev Rəşad İlyas oğlu tutduğu vəzifədən azad edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Təşkilat və İcraya nəzarət şöbəsinə prokuror təyin edilib.

Kamran Əliyevin digər əmri ilə, Bakı hərbi prokurorluğunun böyük müstəntiqi, ədliyyə mayoru Əliyev Elmir Həsən oğlu tutduğu vəzifədən azad olunaraq, Rəşad Nağıyevin yerinə təyinat alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!