Kanye Uest ABŞ olmaq qərarına gəlib prezidentliyinə namizəd

SİYASƏT

21 Noyabr 2022 14:20

Oxunma sayi: 11
Kanye Uest ABŞ  olmaq qərarına gəlib prezidentliyinə namizəd

Reper Kanye Uest 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd olmaq arzusunu bildirib.

TASS xəbər verir ki, bu barədə X17 Online portalı məlumat yayıb. Uest, Milo Yiannopulosu təqdim edərək, bildirib ki, o prezidentlik kampaniyası üzərində işləyir. Yayım zamanı operator Uestdən onun sözlərinin prezidentliyə namizəd olmaq planları kimi qiymətləndirilə biləcəyini soruşdu. Reper isə müsbət cavab verib. 

The New York Post qəzeti yazıb ki, Yiannopoulos əvvəllər ABŞ Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Green ilə işləyirdi. O, həm də Breitbart portalının redaksiyalarından birinin rəhbəri olub. Qeyd edək ki, Amerikalı reper Kanye Uest 2020-ci ildə Nyu-Cersi ştatında ABŞ prezidentliyinə müstəqil namizəd kimi qeydiyyatdan keçib.

Daha əvvəl məlum olduğu kimi, milyarder və ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırır.

 

Əliyeva Ülkər

Mənbə: https://news.rambler.ru/

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!