KİV: Fransa Burkina Fasodan qüvvələrini geri çəkir

SİYASƏT

07 Yanvar 2023 19:30

Oxunma sayi: 348
KİV: Fransa Burkina   Fasodan qüvvələrini geri çəkir

Fransa xüsusi təyinatlıların Burkina-Fasonun paytaxtı Uaqaduquda yerləşən bazasından çıxarılmasını istisna etmir.

Azmedia.Az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Burkina-Fasodakı qüvvələrin çıxarılması və ya sayının dəyişdirilməsi məsələsi Fransa silahlı qüvvələrinin gələcək inkişafı proqramı ətrafında davam edən müzakirələrlə bağlıdır. Fransa Prezidenti Emmanuel Makron bu il yanvarın 20-nə planlaşdırılan ənənəvi Yeni il müraciəti zamanı bu mövzuya toxuna bilər.

Bundan əvvəl "BBC" Burkina-Fasonun öz səfirini geri çağırmaq tələbi ilə Fransaya müraciət etdiyi barədə məlumat yayıb.

2022-ci ilin noyabrında Burkina-Fasoda Uaqaduqu əyalətinin paytaxtında Fransa qoşunlarının Afrika ölkəsinin ərazisindən çıxarılması tələbi ilə nümayiş keçirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!