KİV: Rusiya Qarabağdakı sülhməramlıların komandanını dəyişir

SİYASƏT

25 Aprel 2023 15:29

Oxunma sayi: 1477
KİV:  Rusiya Qarabağdakı sülhməramlıların komandanını dəyişir

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib.

İddialara görə, Andrey Volkovu əvəz edəcək yeni komandirin rütbəsi general-polkovnikdir.

“Həmin şəxs Rusiya ordusunun tərkibində müharibədə iştirak etmiş təcrübəli zabitdir”, – mənbə iddia edir.

Məlumatda həmçinin bildirilib ki, A.Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir.

Mənbə: Hraparak

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!