Kiyevə növbəti kütləvi hava hücumu VİDEO

SİYASƏT

18 İyun 2023 00:37

Oxunma sayi: 1088
Kiyevə növbəti kütləvi hava hücumu   VİDEO

Rusiya ordusu Ukraynaya yenidən hava zərbələri endirib. Bu dəfə daha çox ballistik raketlərdən istifadə olunub. Hücum zamanı Kiyev vilayətində xeyli yaşayış binası dağılıb, yaralananlar var.

Bu barədə Baku TV-nin Şərqi Avropa bürosunun xüsusi müxbiri Mübariz Aslanov məlumat verib.

Bildirilib ki, Rusiyanın Ukraynaya axşam saatlarına qədər davam edən hücumu nəticəsində Stari Petrovski qəsəbəsinin yarısı dağıdılıb. Kiyevə endirilən zərbələrin hamısı havada məhv edilib. Lakin ballistik raketlərin qalıqları evlərin üzərinə düşərək onları dağıdıb.

Kiyevin Petrovski inzibati birliyinin rəhbəri Radion Starinki ərazidə 30-dan çox tikilinin dağıldığını qeyd edib:

“Raket hücumu nəticəsində ilkin məlumatlara görə, 33 evə ziyan dəyib, 3 ev isə tam yararsız hala düşüb. Son məlumatlara görə, tibb məntəqəsinə yardım üçün 3 böyük və bir uşaq müraciət edib”. 

Qeyd edək ki, son 2 gündür Kiyev vilayətində dayanmadan hava həyəcan siqnalı verilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!