Kreml Putinin Əliyev və Paşinyanla görüşünün baş tutacağına ümid edir

SİYASƏT

26 Oktyabr 2022 14:50

Oxunma sayi: 343
Kreml Putinin Əliyev və Paşinyanla görüşünün baş tutacağına ümid edir

Kreml Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün baş tutacağını gözləyir.

Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.

Bununla belə, o, danışıqların gözlənilən vaxtını və yerini açıqlamayıb.

“Belə bir üçtərəfli görüş hazırlanır, onun baş tutacağına ümid edirik. Zamanı və məkanı uyğun məqamda müəyyənləşdirəcəyik”, - deyə Kreml sözçüsü bildirib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!