Kreml Vatikan nümayəndələrinin Ukraynadakı sülh missiyasını şərh edib

SİYASƏT

02 May 2023 17:24

Oxunma sayi: 430
Kreml Vatikan nümayəndələrinin Ukraynadakı sülh missiyasını şərh edib

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Vatikanın Ukraynadakı missiyasının Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə işi ilə bağlı xəbərləri şərh edib.

Brifinqdə Kremlin sözçüsü bu səylər barədə "heç nə" bilmədiyini söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Roma Papası Vatikanın Ukraynadakı "sülh missiyası"nı elan edib. Bundan sonra Vaşinqton Müqəddəs Taxt-Tacın səylərindən xəbərdar olduqlarını və onları dəstəklədiklərini, CNN isə Ukraynada onlardan xəbərsiz olduqlarını bildirib.

“Zelenski Ukrayna adından belə müzakirələrə razılıq verməyib. Əgər danışıqlar gedirsə, bizim xəbərimiz və xeyir-duamız olmadan baş verir”, - deyə Ukrayna rəsmisi bildirib.

mənbə:qazeta.ru

Azmedia.Az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!