KTMT-dən Paşinyanın üzvlüklə bağlı dediklərinə reaksiya

SİYASƏT

23 Fevral 2024 11:30

Oxunma sayi: 167
KTMT-dən Paşinyanın üzvlüklə bağlı dediklərinə reaksiya

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama almayıb”.

Azmedia.Az xəbər verir ki, bu barədə təşkilatın katibliyindən məlumat verilib.

Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-də iştirakının “dondurulması” ilə bağlı dediklərində, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir.

Xatırladaq ki, erməni baş nazir “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” deyib.

Mənbə: RİA Novosti

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!