Kütləvi dron hücumundan sonra Ukraynada son vəziyyət necədir? VİDEO

SİYASƏT

29 May 2023 15:41

Oxunma sayi: 2264
Kütləvi dron hücumundan sonra Ukraynada son vəziyyət necədir?   VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə ölkəyə kütləvi raket və dron hücumu olub.

“Hücumlar əsasən Kiyev və Jitomirdə, ölkənin mərkəzi və cənub vilayətlərində qeydə alınıb. 37 qanadlı raket, 30 İran dronu məhv edilib”, - deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, Rusiya ordusu Dnepropetrovsk vilayətinin Dnepr şəhərinə də son günlər hava zərbələri endirir.

Məlumata görə, zərbələr nəticəsində Aydın və Tofiq adlı həmyerlilərimizə məxsus ticarət mərkəzləri, eləcə də restoran tamamilə dağılıb.

Ətraflı süjtedə:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!