Laçın yolunda aksiya səhərə qədər davam edib

SİYASƏT

15 Dekabr 2022 09:54

Oxunma sayi: 428
Laçın yolunda aksiya səhərə qədər davam edib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı səhərə qədər davam etdirib.

Azmedia.Az xəbər verir ki, aksiya yerində gecə boyu tonqallar qalanıb, şüarlar səslənib.

Etirazçılar şüarlarında ekoloji terrora, faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarına son qoyulmasını, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yataqlarda monitorinq aparılmasına şərait yaradılmasını, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!