Laçındakı sərhəd buraxılış məntəqəsindən yeni görüntülər

SİYASƏT

25 Aprel 2023 21:56

Oxunma sayi: 2015
Laçındakı sərhəd   buraxılış məntəqəsindən yeni görüntülər

Azərbaycanın Laçın yolunun Ermənistanla birləşən sıfır nöqtəsində qurduğu sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər paylaşılıb.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

Həmin ərazinin mühafizəsi Dövlət Sərhəd Xidmətinə həvalə edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!