Latviyalı deputat: “Azərbaycan indiki dövrdə Avropa üçün strateji cəhətdən daha vacib ölkəyə çevrilir“

SİYASƏT

23 Dekabr 2022 12:06

Oxunma sayi: 355
Latviyalı deputat: “Azərbaycan indiki dövrdə Avropa üçün strateji cəhətdən daha vacib ölkəyə çevrilir“

"Azərbaycan indiki dövrdə Avropa üçün strateji cəhətdən daha vacib ölkəyə çevrilir".

Bu barədə Latviya Seyminin (parlament) deputatı Artuss Kayminş bildirib.    O deyib ki, bu baxımdan Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda gedən proseslər avropalı siyasətçilərin əhəmiyyətli dərəcədə diqqət mərkəzindədir.   Onun sözlərinə görə, bu gün keçmiş sovet ölkələri arasında Avropa dəyərlərinə daha çox maraq göstərən ölkələrdən biri də Azərbaycandır: "Bu baxımdan, Avropa İttifaqı ölkələri ilə, o cümlədən Latviya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri aktualdır. Latviya və Azərbaycan qarşılıqlı əməkdaşlığın daha da inkişafında maraqlıdır. Bu, müxtəlif vaxtlarda ali səviyyəli görüşlərdə də vurğulanıb. Biz çox istərdik ki, qarşılıqlı səfərlər çox olsun. Xüsusilə ilə indiki dövrdə bu daha önəmlidir".
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!