Lavrov: “Biz heç vaxt danışıqlar üçün müraciət etməmişik“

SİYASƏT

01 Dekabr 2022 16:36

Oxunma sayi: 469
Lavrov: “Biz heç vaxt danışıqlar üçün müraciət etməmişik“

Rusiya Ukrayna ilə danışıqlar tələb etməyib, əksinə, qarşı tərəfi dinləməyə hazırdır.

Azmedia.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Avropanın təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransı zamanı bildirib.

“Biz heç vaxt danışıqlar üçün müraciət etməmişik, lakin biz həmişə demişik ki, kiminsə danışıqlar yolu ilə həllində marağı varsa, biz onu dinləməyə hazırıq”, - deyə rusiyalı diplomat vurğulayıb. 

Lavrov həmçinin qeyd edib ki, Qərb siyasətçilərinin Rusiyanın guya vaxt udmaq və əlavə qüvvələr toplamaq üçün danışıqlar istəməsi barədə bəyanatları yalandır.

Rusiyalı nazir Fransa prezidenti Emmanuel Makronun Vladimir Putinlə danışıqlar aparmaq niyyətində olması ilə bağlı məlumatı da şərh edib.

Larov buna mənfi cavab verib, bunun planlaşdırılmadığını, Moskvaya diplomatik kanallarla Parisdən heç bir siqnal almadığını bildirib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!