Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün tarixi yaxın vaxtlarda müzakirə olunacaq”

SİYASƏT

20 Mart 2023 17:58

Oxunma sayi: 1802
Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün tarixi yaxın vaxtlarda müzakirə olunacaq”

“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yeni tarixi yaxın vaxtlarda müzakirə olunacaq”.

Bu barədə Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov Ermənistandan olan həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi məsələlərinə dair üçtərəfli görüşünün yeni tarixinə gəlincə, biz bu gün bu barədə danışdıq”, - deyə rusiyalı nazir bildirib.
“Erməni həmkarımız ötən gün baş nazir Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında ölkəsinin belə bir görüş keçirməyə hazır olduğunu təsdiqlədi. Düşünürəm ki, yaxın zamanda hər üç nazir üçün hansı tarixlərin əlverişli olduğunu nəzərdən keçirəcəyik”, - deyə Lavrov qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!